Braziliyalı ulduz üçüncü dəfə ata olduğunu açıqladı
- 20 İyl 2024 15:00
- 193
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar üçüncü dəfə ata olub.
Rekord.az xəbər verir ki, futbolçu bu barədə özü açıqlayıb.
O, iyulun 3-də qız övladının - Helenanın dünyaya göz açdığını bildirib.
Neymarın hər üç övladı fərqli qadınlardandır. Braziliyalı futbolçunun 2011-ci ildə Karolina Dantos Davi Lukadan bir oğlu dünyaya gəlib. Keçən ilin oktyabrında o, ikinci dəfə ata olub və Maevi adlı qızının doğulmasından bir ay sonra keçmiş sevgilisi Bruna Byankardidən ayrılıb. Neymarın ikinci qızını isə qısa müddət münasibətdə olduğu Amanda Kimberli dünyaya gətirib.
32 yaşlı futbolçu ötən yay Fransanın PSJ klubundan Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"a transfer olunub. Hücumçu zədə səbəbindən ötən mövsüm cəmi 5 oyunda meydana çıxıb.