"Bu barədə xəbərlər medianın fərziyyəsidir"
- 13 Apr 2020 16:47
- 559
"2020-ci il Avropa çempionatının şəhərlərinin sayının azalması ilə bağlı xəbərlər yalnız Britaniya mediasını fərziyyələri şəklində mövcuddur,
UEFA heç kimin finalda iştirakını dayandırması barədə heç bir göstəriş verməyib".
Rekord.az xəbər verir ki, bu barədə AVRO-nun Sankt-Peterburqda Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin RİA Novosti-yə deyib.
"Daily Mail" nəşri AVRO-2020 oyunlarına ev sahibliyi edən şəhərlərin sayının azaldıla biləcəyini bildirib. "Bu xəbər yalnız Britaniya mediasının fərziyyələri şəklində mövcuddur. UEFA-nın bununla bağlı heç bir rəsmi mövqeyi yoxdur.
Hələlik UEFA və digər şəhərlərlə gördüyümüz işlər çərçivəsində kiminsə AVRO-nun finalının təşkilində iştirakını dayandırmasına dair heç bir birbaşa göstəriş olmayıb. Bütün şəhərlər indi ardıcıl olaraq sənədləri hazırlayır", - Sorokin telefonda bildirib.
İyunun 12-dən iyulun 12-dək Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi planlaşdırılan AVRO-2020 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.