"Bu, bəzən yaxşı nəticə üçün kifayət etmir"
- 10 Okt 2020 14:21
- 1153
Monteneqro yığmasının müdafiəçisi Marko Şimiç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, 33 yaşlı futbolçu deyib:
"Təəssüf ki, milli komandanın qrupda keçirdiyi ilk iki oyunda iştirak etməmişəm. İndi buradayam.
Həmişə olduğu kimi, milli komanda üçün əlimdən gələni etməyə hazıram. Hər oyun vacib və həlledicidir. Hər oyuna çox köklənəndə, bu, bəzən yaxşı nəticə üçün kifayət etmir”.
Bugün Podqoritsada keçiriləcək Monteneqro – Azərbaycan oyununa Bakı vaxtı ilə 17:00-da start veriləcək.