
“Bu gün iki xal itirdik” - Azər Bağırov
- 13 Apr 2025 20:00
- 82
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda “Arza-Naxçıvan”la qarşılaşıb.
Rekord.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən və 0:0 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı olub. Bağırov çempionatın liderlərindən birinə qarşı möhtəşəm oyun keçirdiklərini bildirib:
“Bu gün çempionatın liderlərindən birinə qarşı möhtəşəm oyun keçirdik. Uşaqlara təşəkkür edirəm, yaxşı oyun keçirdilər. Mənə elə gəlir ki, bu gün biz nəinki bir xal qazandıq, deyərdim ki, iki xal itirdik.
Oyunun hansı tempdə getdiyini gördük. Qabaqdakı sürəti artırmaq istədik. Etdiyim dəyişikliklər yaxşı alındı. Sadəcə olaraq, son nöqtəni qoya bilmədik.
Camal Cəfərovun üç real qol epizodunu qaçırması texnik keyfiyyətlə bağldır. O “bişmiş” oyunçudur. Qol duyumu və epizodu hiss etmədə geri qalır.
Muhamadu Ba bu həftədən məşqlərə başlayacaq. “Sabah”la oyunda ciddi zədələnmişdi. Hazırda isə elə bir narahatçılığı, sınığı, çıxığı yoxdur. Ona görə də, növbəti oyun üçün hazırlıqlara başlayacaq”.