“Bu gün “Sumqayıt” qalib gəlmədi, biz məğlub olduq”
- 18:20
- 42
"Şəki"nin baş məşqçisi Bedri Meriç "Sumqayıt"a qarşı Azərbaycan Basketbol Liqasının 13-cü turunun oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Əsl oyunumuzu göstərə bilmədik. Bu gün "Sumqayıt" qalib gəlmədi, biz məğlub olduq. 8 oyunluq qələbə seriyamız vardı. Hakimliklə bağlı müəyyən sözlər demək istəyirəm. Bu gün "Şəki"yə hörmət göstərilməlidir. "Sabah" komandası kimi 10 matçda qalib gəlmişik. Ancaq bizə qarşı hörmət göstərmədiklərinin şahidi oluram. Hər matçda eyni problemləri yaşayırıq. Mən qalib gəldiyimiz zaman da bunu hakimlərə söyləmişdim".
"Şəki" - "Sumqayıt" qarşılaşması ikincilərin 98:93 hesablı qələbəsi ilə yekunlaşıb.