
Bu komanda Premyer Liqaya bu qədər büdcə ilə gələcək
- 25 Fev 2025 14:00
- 762
Premyer Liqaya hazırlıq görən klublardan biri də "Karvan"dı.
Rekord.az xəbər verir ki, hazırda I Liqada 2-ci pillədə qərarlaşan Yevlax təmsilçisi elitada oynamağa əsas namizədlərdən sayılır.
Həmçinin bazası ərazisində yeni yataqxananın da tikintisini başa çatdıran klub rəhbərliyi Premyer Liqa üçün büdcəni də artıracaq. AFFA-dan 3 milyon manat onsuz da gələcək. "Karvan" rəhbərliyi bu məbləğin üzərinə daha 3 milyon da əlavə edib 6 milyon büdcə ilə elitaya qatılmağı planlaşdırır.