Bu mövsüm I Divizionda nə qədər "pul yatırılıb"?
- 17 Dek 2019 17:00
- 975
Millinin sabiq futbolçusu Cəmşid Məhərrəmov bir neçə gündür saxlanılıb. Son olaraq Region Liqasında "Uğur"un formasını geyinən yarımmüdafiəçi polis nəzarətindədir və istintaqa cəlb olunub.
Hələ 2 il öncə - "Rəvan"da forma geyindiyi vaxtdan adı AFFA-nın şübhəlilər siyahısına düşən 36 yaşlı oyunçu manipulyasiya cəhdlərinə görə istintaqa cəlb edilib.
Rekord.az xəbər verir ki, Məhərrəmovun saxlanılmasından az sonra AFFA-nın I Divizionda çıxış edən 28 futbolçunu futboldan ömürlük uzaqlaşdırması təsadüfi deyil.
Bu, prosesin ilkin mərhələsidir və davamı gələcək. Aşağı dəstənin 12 turunun üst-üstə 30 oyununun nəticəsinin öncədən razılaşdırılmasına dair ciddi şübhələr var və güman etmək olar ki, Cəmşid bu çirkin əmələ qol qoyanların adlarını bir-bir açıqlayacaq.
Yayılan söz-söhbətlərə görə, mövsümün arxada qalan hissəsində I Diviziona yarım milyon manata yaxın pul "yatırılıb". (sportinfo.az)