
Bu mövsüm "Sumqayıt"a kömək etməyəcəyi dəqiqləşdi
- 25 Mar 2025 14:00
- 78
"Sumqayıt"ın ötən yay toplanışında ciddi zədə alan İsa Süleymani bir müddətdir ki, fərdi məşqlərə başlayıb.
Rekord.az xəbər verir ki, futbolçunun mövsümün sonunda sıraya dönəcəyinə ümid yaransa da, həkimlər son anda riskə getməməyi tövsiyyə edib.
Çünki futbolçunun əzələləri xeyli zəifləyib, bərpası daha bir neçə ay sürəcək. Bu isə o deməkdir ki, Süleymani yalnız yeni mövsümdən "Sumqayıt"a kömək edə biləcək.