“Denver” basketbol klubunun mərkəz oyunçusu Nikola Yokiç MBA əfsanəsi Maykl Cordanın adını daşıyan yeni MVP mükafatını alıb.

Rekord.az xəbər verir ki, Yokiç bu ada sahib çıxan ilk basketbolçu olub.

27 yaşlı serb ulduza mükafatı “Vaşinqton”la oyundan sonra “Denver”in baş məşqçisi Maykl Meloun təqdim etdi.

10,7 kiloqramlıq, hündürlüyü 60 santimetr olan yeni mükafatın layihəsinin hazırlanmasında Maykl Cordan da iştirak edib.