Bu ölkələrdə topa başla zərbə vurmaq qadağan olundu
- 27 Fev 2020 17:20
- 763
İngiltərə, Şotlandiya və Şimali İrlandiyada yaşı 12-dən aşağı olan uşaqların futbol məşqlərində topa başla vurmasına qadağa qoyulub.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, topa başla vurmaqla demans xəstəliyi arasında əlaqənin olub-olmaması ilə bağlı araşdırmanın yekununa əsasən, bu qərar verilib. 12 ilə 16 yaş arasında oyunçular üçün isə bu qərarın tədricən həyata keçirilməsi nəzərdə tutulub.
Bu qadağaların matçları əhatə etmədiyi bildirilib. Yəni oyunlar zamanı həmin uşaqlar topa başla zərbə vura biləcəklər.
Qeyd edək ki, Şotlandiyada ötən il yayımlanan araşdırmaya görə, futbolçuların digər şəxslərlə müqayisədə beyin xəstəliklərinə bağlı ölüm ehtimalının 3 dəfə yüksək olduğu ortaya çıxmışdı.