“Bu oyunu müdafiəmiz qazandı”
- 21 Dek 2023 13:22
- 233
“Sabah”ın baş məşqçi əvəzi Nikola Bojinovski “Xəzri”ni 84:80 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının 9-cu turunun oyununu şərh edib.
Rekord.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Çox çətin oyun oldu. Bəlkə də startda hücumda istədiyimiz alınmadı, amma müdafiədə düzgün oynadıq. Biz bu cür oynamağı xoşlayırıq. Bu oyunu müdafiəmiz qazandı. Maykl Holton bir neçə 3 xallıq atışlar etdi. Oyunun sonuna yaxın daha çox enerji sərf etdik. Rəqibi müdafiəmizlə məğlub etdik. Onların geridönüş etmək şansı var idi. Lakin sonda qələbə qazanan tərəf biz olduq!"