“Sumqayıt" üzərindəki qələbə komandamıza stimul verəcək.


Rekord.az xəbər verir ki, bunu "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 14-cü turunda "Sumqayıt" ilə matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.


Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:


"Artıq mən də məğlubiyyətdən yorulmuşdum. Dünənki məşqdə demək olar ki, yarım saat söhbət etmişik. Komandada sanki qələbə ruhu itmişdi. "Sumqayıt" çox yaxşı komandadır. Deyərdim ki, rəqiblərin gücləri eynidir. Baş məşqçi olaraq rəqiblərin gücünə bələdəm. Əvvəl də demişəm ki, bu qrupda hər bir komanda digərinə qalib gələ bilər"


"Quba" - "Sumqayıt" qarşılaşması birincilərin 90:80 hesablı qələbəsi ilə yekunlaşıb.