“Bu qol Avropada sayılır, bizdə sayılmırsa, demək problemlərimiz var”
- 19 Dek 2019 18:10
- 670
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirdikləri cavab oyununu (0:1, ilk oyun 0:0) şərh edib.
Rekord.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Oyun barədə yalnız onu deyə bilərəm ki, rəqib bizdən üstün idi. Hər iki oyunda çalışdıq ki, qalib gələk. Epizodlarımız da oldu, onları qola çevirə bilsəydik, qalib gələ bilərdik. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə deyil, 120 dəqiqə çox yaxşı mübarizə apardılar. Rəqibi təbrik edirəm.
- Rəhbərlik oyundan əvvəl komanda ilə görüşmüşdü? Ümumiyyətlə, komandaya mərhələni keçəcəyi təqdirdə mükafat vəd olunmuşdu?
- Heç bir görüş olmamışdı. Mükafat haqqında isə danışmaq istəmirəm. Ondan daha vacib məsələlər, problemlər var. Bunlar haqqında çox danışmışıq.
- Mətbuatda Koçuk və Rıbkanın gedəcəyi ilə bağlı xəbərlər yayılıb.
- Rəsmi bir şey yoxdur. Özləri də getmək istəmələri ilə bağlı nəsə deməyiblər.
- Oyunun sonlarında tora daxil olan, amma sayılmayan qol epizodunuz vardı.
- Məncə, o təmiz qol idi. Qapıçıya da heç kim mane olmurdu. Bu qol Avropada sayılır, amma bizdə sayılmırsa, demək problemlərimiz var. (komanda.az)