“Bu təzyiqə hazır olmalıyıq” - Kurtinaytis
- 08 May 2024 10:20
- 255
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının yarımfinalında “Xırdalan”a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, rəqib üzərində 101:85 hesablı qələbəni belə şərh edib:
"Oyuna yaxşı başladıq. Təmkinli oynayaraq görüşün gedişatına tam nəzarət etdik. Səhvlərimiz olsa da, basketbolçularımızın oyuna yaxşı köklənməsi, qələbə istəyi məni razı saldı. Lakin hələ heç nə bitməyib. İlk oyunda qazanılan qələbə bəzən aldadıcı ola bilər. Bəlkə də bu fərqlə qələbə qazanmağımız yaxşı olmadı. Arxayınlaşmaq olmaz. "Xırdalan" seriyanı üçüncü oyuna aparmaq üçün əlindən gələni edəcək. Amma biz də bu təzyiqə hazır olmalıyıq".