Buffon ÇL-də 2-ci oldu
- 12 Dek 2019 16:40
- 1050
“Yuventus” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Bayer”i məğlub edib – 2:0.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşma Turin təmsilçisinin qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
Belə ki, 41 yaşlı qolkiper Çempionlar Liqasında 51-ci “quru oyun”unu keçirib. O, bu göstəricidə “Mançester Yunayted”in sabiq qapıçısı Edvin Van der Sarı geridə qoyub. Niderlandlı futbolçu ÇL-də 50 “quru oyun” keçirib.
Buffon ən çox “quru oyun” sayında yalnız İker Kasilyasdan geri qalır. İspan qapıçı ÇL-də 57 oyunda “çərçivə”ni toxunulmaz saxlayıb.