Almaniyanın “Auqsburq” klubu baş məşqçisi Martin Şmidti istefaya göndərib.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

O, son turda “Bavariya”ya 0:2 hesablı məğlubiyyətdən sonra postundan uzaqlaşdırılıb. 52 yaşlı mütəxəssis 2019-cu ilin aprel ayından bu komandanı çalışdırırdı.

Qeyd edək ki, “Auqsburq” Bundesliqada 25 turdan sonra 27 xalla 18 kollektiv arasında 14-cüdü.