Almaniyanın “Bayer” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin hücumçusu Kevin Folland sıradan çıxıb.

O, Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Portu”ya qarşı keçirdikləri ilk oyunda (2:1) ağır zədə alıb.

27 yaşlı almaniyalı forvard artıq ətraflı həkim müayinəsindən keçib. Onun sol ayaq biləyindəki zədənin ciddi olduğu üzə çıxıb. Bu üzdən də futbolçu Münhenə yollanaraq orada əməliyyat olunacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Follandın azı 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu isə onun cari mövsümü başa vurduğu anlamına gəlir.