Almaniyanın “Şalke” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Daniel Kaliciuri sıradan çıxıb.

O, Almaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşdıqları “Herta” ilə oyunda zədələnib. Ətraflı həkim müayinəsindən sonra 32 yaşlı almaniyalı futbolçunun azı 8 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kaliciuri bu mövsüm “Şalke”də 22 oyuna çıxıb, 3 qol vurub. O, 2017-ci ildən sözügedən klubun uğurları üçün çalışır.