Bundesliqa klubunda yeni müqavilə
- 12 Dek 2019 12:40
- 1006
Almaniyanın “Volfsburq” klubu qapıçısı Kun Kastelslə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2024-cü ilə qədərdi. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.
Qeyd edək ki, Kastlels “Volfsburq”a 2015-ci ildə “Hoffenhaym”dan transfer olunub. 27 yaşlı belçikalı qolkiper bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 8 oyuna çıxıb, 9 qol buraxıb.
Sözügedən qapıçı daha öncə “Verder” və “Genk”in də uğurları üçün çalışıb.