“Böyük beşlik” ölkələrinin ən maraqlı çempionatlarından biri olan Almaniya Bundesliqasının oyunları “Misli”nin baş sponsorluğu ilə “İdman TV”də yayımlanır.


Hücum futbolu, bol qollu qarşılaşmaları ilə diqqət çəkən, Sadio Mane, Timo Verner, Kristofer Nkunku, Marko Roys və Cud Bellingem kimi dünya ulduzlarının yer aldığı çempionatın hər həftə 2-3 oyunu futbolsevərlərə canlı təqdim olunacaq. 


“Bavariya” və Dortmund “Borussiya”sı kimi komandaların hər il diqtə etdiyi liqada bu mövsüm intriqa daha da yüksək həddə çatıb. Belə ki, geridə qalan 22 turdan sonra “Yunion Berlin”, “Leypsiq”, “Frayburq” və “Ayntraxt” kimi klublar da çempionluq uğrunda mübarizə aparır.


Yeri gəlmişkən, yalnız “Misli”də Virtual Bundesliqa oyunlarına da mərc etmək imkanı təqdim olunur. Virtual Bundesliqanın xüsusi özəlliyi oyunların real görüntülərə əsaslanmasıdır. Mərc həvəskarları hər 7 dəqiqədən bir bu oyunlarda iştirak edərək həm həyəcanı yaşaya, həm də qazanma şansı əldə edə bilərlər.


Qeyd edək ki, futbol üzrə Azərbaycan Premyer Liqasının baş sponsoru olan “Misli” ölkədə idman xarakterli müxtəlif festival və yarışların təşkilinə, eləcə də canlı yayımlanmasına dəstək göstərir. Qətərdə keçirilən futbol üzrə dünya çempionatı da Azərbaycanda “Misli”nin baş sponsorluğu ilə canlı yayımlanmışdı.