Almaniya Bundesliqasında dekabrın ən yaxşı futbolçusu məlum olub.

Rekord.az xəbər verir ki, bu, “Leyptsiq”in hücumçusu Timo Vernerdi. 

Bu barədə Bundesliqanın mətbuat xidməti məlumat yayıb. Verner ötən ay Bundesliqada iştirak etdiyi 3 oyunda 5 qol vurub.

Bundesliqada dekabrın ən yaxşı futbolçusu mükafatına Vernerlə yanaşı, Dortmund “Borussiya”sından Ceydon Sanço, Marko Roys, “Auqsburq”dan Filipp Maks, “Ayntraxt”dan Filip Kostiç və “Bavariya”dan Filippe Koutinyo namizəd idi.