Bundesliqada ayın ən yaxşısı seçildi
- 19 Okt 2019 14:42
- 802
Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Rekord.az xəbər verir ki, "Şalke"nin futbolçusu Amin Arit ötən ayın yekunlarına görə hamıdan yaxşı olub.
22 yaşlı yarımmüdafiəçi sentyabr ayında keçirdiyi üç oyunda dörd qol və iki assistlə yadda qalıb. “Nant”ın yetirməsi olan mərakeşli futbolçu 2017-ci ildən alman klubunda çıxış edir.