“Bunun bir film olduğunu düşünürəm” – “Qarabağ”ın sabiq futbolçusu
- 16 Mar 2020 13:40
- 595
“Qarabağ”ın sabiq futbolçusu Asmir Beqoviç koronavirus pandemiyası ilə bağlı açıqlama verib.
Futbolinfo.az “Mirror”a istinadən xəbər verir ki, hazırda “Milan”da çıxış edən 32 yaşlı qolkiper İtaliyadakı vəziyyət haqqında danışıb:
“Küçələr tərk edilib, təkcə supermarketlər açıqdır. Bir az yemək alıb, evinizə qayıdırsız. Bu, dəlilikdir. Böyük bir şəhərdə yaşayıram və bunun bir film olduğunu düşünürəm. İnsanlar bunun bir film səhnəsi kimi olduğunu deyirlər. Həqiqətən də bu, belədir. Əvvəllər belə bir şey yaşamamışdım. İnsanların burdakı vəziyyətin nə qədər pis olduğunu başa düşdüklərindən əmin deyiləm.
Pandemiya İtaliyaya çox təsir etdi. Bunun səbəbini bilmirəm. Çox sayda insa öldü. İnsanlar üçün ürək ağrıdıcı məqamdır. Artıq digər klubları, futbolçuları başa düşürəm, bu, kabus kimidir. Hər şeyin ən qısa müddətdə normal vəziyyətə qayıtmasına ümid edirik”.
Beqoviç mövsümün ilk hissəsini icarə əsasında “Qarabağ”da keçirib.