
“Bütün fikrimizi “Neftçi” ilə görüşə yönəldəcəyik”
- 14 Apr 2025 19:00
- 84
"Ordu"nun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində mübarizədən kənarlaşdırdıqları "Quba" ilə ikinci oyunu (92:88) şərh edib.
Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, bu qalibiyyəti uğur kimi qiymətləndirib:
“Pley-offa vəsiqə qazandığımıza görə çox şadam. Bu, ilk uğurumuzdur. Artıq beşinci dəfədir ki, "Quba"ya qalib gəlirik. Halbuki mövsümün əvvəlində bu komandaya 30 xal fərqlə uduzmuşduq. Ardıcıl qələbələr gündəlik gərgin məşqlərin və oyun keyfiyyətinin artırılması ilə bağlıdır. Düşünürəm ki, bundan sonra “Quba” ilə 10 görüşdə də qarşılaşsaq, yenə də yaxşı mübarizə aparıb qalib gələrik. Bu gün heyətdəki cüzi rotasiyalarla 3 hissə ərzində qarşılaşmaya nəzarəti əlimizdə saxlaya bildik. Yalnız sonuncu periodda bir qədər çətin vəziyyətlə üzləşdik. Bununla belə, özümüzü itirmədik və ağıllı oynaraq pley-offa vəsiqə qazandıq. Artıq bu oyunu yaddan çıxarıb, bütün fikrimizi “Neftçi” ilə görüşə yönəldəcəyik”.
İlk görüşdə də rəqibinə uduzan (83:91) "Quba" çempionatda mübarizəni dayandırıb.