
“Bütün futbolçulara şans verməyə çalışdım” - Abdullayev
- 24 Mar 2025 14:00
- 72
“Moldova ilə ikinci qarşılaşmada bütün futbolçulara şans verməyə çalışdım”.
Rekord.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Elxan Abdullayev Qəbələdə təşkil olunan təlim-məşq toplanışı zamanı Moldova yığmasına qarşı keçirilən yoxlama oyunları ilə bağlı AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis ikinci görüşdə heyəti tamamilə dəyişdiyini bildirib:
“Moldova yığmasına qarşı iki fərqli oyun izlədik. İlk görüşdə heç-heçə etdik. İkinci qarşılaşmada isə bütün futbolçulara şans verməyə çalışdım. Heyəti tamamilə dəyişmişdik. Toplanış seleksiya xarakteri daşıyırdı. Növbəti toplanışlarda kimlərlə yolumuza davam etməli olduğumuzu dəqiqləşdirmək üçün hamıya şans verdik. Təbii ki, məğlubiyyətdə bu amil öz təsirini göstərdi. İyunda yenidən bir araya gələcəyik. Futbolçuları izləmək və seçim etmək üçün vaxtımız olacaq. Yaydakı toplanışda qarşıdakı seçmə mərhələ matçlarına hazırlaşacağıq”.
Qeyd edək ki, tolanış zamanı Moldova yığmasına qarşı keçirdikləri ilk oyunda heç-heçə (0:0) edən U-19, ikinci matçda 1:4 hesabı ilə məğlub olub.