
Bütün yarımfinalçılar bəlli oldu
- 12 Mar 2025 22:20
- 29
Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Rekord.az xəbər verir ki, 1/4 finalda "Sabah" kollektivinə 85:81 hesabı ilə qalib gələn "Neftçi" yarımfinala yüksəlib.
Sözügedən matçdan sonra 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Daha əvvəl bu raundda keçirilən görüşlərdə NTD "Şəki"ni 71:66, “Naxçıvan”, “Abşeron”u 102:60, "Gəncə" isə "Sərhədçi"ni 94:89 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda "Gəncə" - "Naxçıvan" və "Neftçi" - NTD görüşləri keçiriləcək. Qarşılaşmalar martın 28-də baş tutacaq.