"Cakarta"da daha bir azərbaycanlı
- 25 Yan 2020 10:46
- 1245
Daha bir voleybolçumuz karyerasını İndoneziyada davam etdirəcək. "Rekord.az" xəbər verir ki, yığmamızın sabiq üzvü Natalya Məmmədova İndoneziyanın "Cakarta" klubu ilə razılığa gəlib.
Mövsümün əvvəlində Çinin "Liaoninq" komandasında çıxış edən təcrübəli hücumçumuz bu mövsümün sonuna kimi İndoneziya komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, Natalya "Cakarta"nın heyətində yeganə azərbaycanlı deyil. Millimizin üzvü Odina Əliyeva da bu komandanın formasını geyinir. Klubun baş məşqçisi də həmyerlimiz Ziya Rəcəbovdur.