Cavadov da Avropa çempionatında qüvvəsini sınadı
- 15 Fev 2024 18:15
- 322
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Ömər toplam 318 kq (152+166) nəticə ilə B qrupunda 2-ci yeri tutub.
Atletimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.Cavadov da Avropa çempionatında qüvvəsini sınadı
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha biri – Ömər Cavadov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Ömər toplam 318 kq (152+166) nəticə ilə B qrupunda 2-ci yeri tutub.
Atletimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.