"Cəbrayıl" klubu çətin durumdadı.

Rekord.az xəbər verir ki, maddi baxımdan ciddi sıxıntı çəkən komanda səfər oyunlarına da böyük çətinliklər gedir.

Sponsor yoxdur, Cəbrayıl Rayon İcra Hakimiyyəti də son zamanlar dəstək verə bilmir. "Cəbrayıl" qalıb AFFA-nın verdiyi pulun ümidinə. Bu səbəbdən də cəbrayıllı futbolsevərlər, rayonun futbol azarkeşləri kluba dəstək olmaq üçün kampaniyaya start verib. "Cəbrayıl"a dəstək olmaq istəyən şəxslər klubun adına açılmış kart hesabına daxil olub öz maddi dəstəyini göstərə bilər.