II Liqada 2-ci yeri tutan "Cəbrayıl" I Liqanın 9-cusu "Difai Ağsu" ilə pley-off oynayacaq. 

Rekord.az xəbər verir ki, Cəbrayıl təmsilçisi qələbə qazana bilsə, ortaya maraqlı mənzərə çıxacaq.

Məlum olduğu kimi, bu klubun yaranmasında və idarə olunmasında əsas şəxslərdən biri də Səbuhi Səfiyarlı idi. Hansı ki, sonradan "Qəbələ"dən təklif aldı və o kluba keçdi. Lakin onun "Cəbrayıl"dan ayrılmasına dair heç yerdə rəsmi məlumata rast gəlinmədi. Artıq "Qəbələ" də  I Liqaya düşüb. "Cəbrayıl" da bu liqada oynamalı olsa, Səfiyarlı iki klub arasında seçim etməli olacaq. Məsələyə Səbuhi bəyin özündən münasibıt öyrəndik və məlum oldu ki: "Yavardan etibarən "Cəbrayıl"da heç bir rəsmi vəzifəm yoxdur. Ordan rəsmən ayrılmadan "Qəbələ"də işləyə bilməzdim. Lisenziyalaşdırmanın şərtlərində də bu var. Bundan başqa, "Futbola qoşul" sistemində heç həkim də iki yerdə işləyə bilməz".