Cek Uilşir: “Arsenal”a keçmək istəmirdim”
- 27 Apr 2020 14:22
- 671
İngiltərənin “Vest Hem” klubunun yarımmüdafiəçisi Cek Uilşir London “Arsenal”ından transfer təklifi aldığı günləri xatırlayıb.
Rekord.az xəbər verir ki, İngiltərə yığmasının 28 yaşlı futbolçusu həmin dövrdə paytaxt təmsilçisinə keçməyə könülsüz razılaşdığını etiraf edib:
“Luton Taun”da oynayarkən “Arsenal”dan bir nəfər atamla əlaqə saxladı, məni istəyirdilər. O vaxt atam mənə heç bir təzyiq göstərmədi. Sadəcə, düşünmək üçün vaxt verdi. Nə edəcəyimi bilmirdim. Düzünü desəm, “Arsenal”a keçmək istəmirdim. Amma son anda dostuma dedim ki, “lənət olsun, bu ki “Arsenal”dı”.
Qeyd edək ki, Uilşir 2001-ci ildən “Arsenal”ın futbol akademiyasına cəlb olunub. O, 2008-ci ildən 2018-ci ilədək London klubunun uğurları üçün çalışıb. 2010-cu ildə “Bolton”a, 2016/17 mövsümündə isə “Bornmut”a icarəyə verilib. 2018-ci ildən isə “Vest Hem”in uğurları üçün çalışır.