Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 4 -cü turunun növbəti oyunu baş tutub. "Şəki" klubu doğma azarkeşləri önündə "Cəlilabad" basketbolçularını qəbul edib.

 

Oyunun ilk dəqiqələrindən üstünlüyünü ələ alan "Cəlilabad", səfərdən 97-61 hesablı parlaq qələbə ilə ayrılıb. Ən məhsuldar basketbolçular: "Şəki" (Kamal İmamverdiyev - 16 xal, 4 ribaund), "Cəlilabad" (Rişon Conson - 27 xal, 5 ribaund)