Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 9-cu turunun növbəti oyunu baş tutub.

Rekord.az xəbər verir ki, “Cəlilabad” doğma azarkeşləri önündə "Xırdalan"ı qəbul edib və rəqibi üzərində 98:90 hesablı önəmli qələbə qazanıb.

Ən məhsuldar basketbolçular "Cəlilabad"da Tomas Kobi (32 xal, 11 ribaund), "Xırdalan"da Teyvion Kirk (26 xal, 7 ribaund) olub.

9-cu turun son oyunu ("Şəki" - "NTD-İndiqo") 24 dekabrda baş tutacaq.