Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bavariya” ilə qarşılaşacaq “Çelsi” bu oyuna ciddi itkilərlə çıxacaq.

Rekord.az xəbər verir ki, son bir həftə ərzində komanda ilə məşqlərə qatılmayan və zədədən əziyyət çəkən Nqolo Kante, Kristian Pulişiç və Kallum Hadson-Odoi Münhen təmsilçisi ilə ilk oyunda iştirak etməyəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvəzində Andreas Kristensen, Temmi Abraham və Pedro artıq məşqlərə başlayıb. Onların meydana çıxması hazırlıq səviyyələrindən asılı olacaq.

Londonda keçiriləcək “Çelsi” ilə “Bavariya” arasındakı ilk oyuna bu gecə, saat 00:00-da start veriləcək.