“Çelsi” futbolçusunu satdı
- 17 Avq 2024 17:15
- 161
"Çelsi" hücumçusu Dieqo Moreyranı satıb.
Rekord.az xəbər verir ki. 20 yaşlı futbolçu karyerasını "Strasburq"da davam etdirəcək. Bu barədə Fransa klubunun saytı məlumat yayıb.
Portuqaliyalı oyunçu ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Moreyra ötən mövsümün ilk yarısını Lion “Olimpik”ində icarə əsasında keçirib. 2023/24 mövsümündə o, “Çelsi”nin gənclər komandasının heyətində 9 oyuna çıxıb və 5 qol vurub.