![photo](https://rekord.az/uploads/5/0c85f3f2-593c-36b6-a2d6-b630eee0b375-850-600x300.jpg)
“Çelsi” müdafiəçisini “Nyukasl”a satdı
- 2024-07-01 19:30
- 87
"Çelsi"nin müdafiəçisi Lyuis Holl İngiltərənin digər təmsilçisi "Nyukasl"a transfer olunub.
Rekord.az xəbər verir ki, 19 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Nyukasl"da keçirib.
O, meydana çıxdığı 22 matçda 2 qol vurub.
"Çelsi"nin Hollun keçidindən qazancı 33 milyon avro olub.