“Çelsi”də yeni qapıçı
- 31 İyl 2024 17:00
- 177
"Çelsi" Danimarka millisinin və "Vilyarreal"ın qapıçısı Filip Yorgenseni heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı qolkiperlə müqavilə 2031-ci ilin yayınadək nəzərdə tutulub. “Zadəganlar” "Vilyarreal"a 24,5 milyon avro ödəyəcək.
Yorgensen 2023-cü ilin yanvarından La Liqa klubunun əsas komandasında oynayırdı. Bu müddət ərzində o, bütün turnirlərdə 44 matça çıxıb, 75 qol buraxıb.