
“Çelsi”dən 2 transfer
- 20 Mar 2025 16:30
- 80
"Çelsi" heyətini 2 futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bunu London klubunun mətbuat xidməti açıqlayıb.
Bildirilib ki, "Sportinq"dən 17 yaşlı yarımmüdafiəçi Covanni Kenda və 20 yaşlı müdafiəçi Dariu Esuqa ilə danışılar müsbət yekunlaşıb. "Zadəganlar" 2 futbolçu üçün 74 milyon avro ödəyib.
İcarə əsasında "Las Palmas"da oynayan Esuqu 2025-ci ilin yayında, daha bir il “Sportinq”də qalacaq Kenda 2026-cı ilin yayında “Çelsi”yə qoşulacaq.