"Palmeyras"ın hücumçusu Estevao Villian "Çelsi"yə keçəcək.

Rekord.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

17 yaşlı braziliyalı futbolçu yeni klubunun düşərgəsinə 2025-ci ilin yayında qoşulacaq. "Çelsi" bu keçid üçün qarşı tərəfə 34 milyon avro ödəyib.

Messinyo ləqəbli hücumçu "Palmeyras"ın heyətində 23 matçda 4 qol vurub. 2023-cü ildən "Palmeyras"ın əsas komandasında oynayan futbolçu Braziliya U-17 millisinin üzvüdür.