“Çelsi”dən maaş açıqlaması
- 26 Apr 2020 11:30
- 849
İngiltərənin “Çelsi” klubu koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, futbolçularının məvacibində heç bir endirim etməyəcək.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisinin bəyanatında bunlar qeyd olunub:
“Futbolçularımız klubun bütün xeyriyyə aksiyalarında, ictimai tədbirlərində yaxından iştirak ediblər, eyni zamanda öz ölkələrinə dəstək göstəriblər. Hazırda əsas komandada heç kimin məvacibində endirimə ehtiyac duyulmur. Bunun əvəzində klub rəhbərliyi onların bundan sonra da xeyriyyə aksiyalarında yaxından iştirak etməyə dəvət edir”.