Voleybolçu kişilər arasında Azərbaycan çempionatının qalibi bəlli oldu. "Rekord.az" xəbər verir ki, bu gün "AZERRAIL" və "Murov Az Terminal" klubları finalda üz-üzə gəliblər.

Kifayət qədər gərgin keçən qarşılaşmada "AZERRAIL" 3:2 hesabı ilə qələbə qazanıb. Beləliklə, "AZERRAIL" 2023/2024 illər mövsümündə Azərbaycan çempionu adını qazanıb.

"Murov Az Terminal" gümüş, "Neftçi" isə bürünc medala sahib çıxıb.