Çempion növbəti qələbəsini qazandı
- 17 Yan 2020 20:23
- 1138
Voleybol üzrə ölkə çempionatında qadınların mübarizəsində növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, birinciliyin son qalibi "Azərreyl" ilə "Mübariz" üz-üzə gəliblər.
Voleybol Mərkəzində baş tutan görüş "Azərrəyl"in üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda komanda quru hesablı qələbəni bayram edib.
Super Liqa
"Azərreyl" - "Mübariz" 3:0