Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün 10-cu turun və ikinci dövrənin son matçında “Abşeron” və “AZERRAIL” klubları üz-üzə gəliblər. Qarşılaşmaya daha yaxşı başlayan “Abşeron” 2:0 hesabı ilə önə keçib. Lakin təşəbbüsü ələ alan “AZERRAIL” növbəti iki seti aktivinə yazmaqla ümumi hesabı bərabərləşdirib (2:2) və tay-brekə ehtiyac yaranıb. Həlledici hissədə isə daha dəqiq oynayan “AZERRAIL” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, bu oyunda ölkə çempionatı tarixində ilk dəfə Challenge sistemi tətbiq olunub.
Beləliklə, “AZERRAIL” 24 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal” 23 xalla (8 qələbə ) 2-ci, 21 xalla (7 qələbə) “Abşeron” 3-cü, “Gəncə” 13 xalla (4 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 9 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa (qadınlar)
25 yanvar
   “Abşeron” - “AZERRAIL” 2:3(25:21, 25:17, 18:25, 21:25, 12:15)