“Şəki”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 16-cı turunda "Ordu"ya qalib gəldikləri matçı dəyərləndirib.


Rekord.az xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında pley-offa vəsiqə qazanacaqlarına ümid etdiyini deyib.


O, yeni oyunçuları Tomi Lyukun komandaya tam uyğunlaşmadığını vurğulayıb:


“Pley-off matçına bənzər oyun oldu. Müdafiəni yaxşı qursaq, çempionatda istənilən komandanı məğlub edə bilərik. Evdə oynadığımız yaxşı basketbolu bu gün də davam etdirdik. Oyunçularımın hamısına təşəkkür edirəm, bu, onların qələbəsidir. "Ordu" kimi güclü heyəti olan komandanı 3 dəfə məğlub etmək gözəl nailiyyətdir. Bu, "Şəki"nin gəldiyi nöqtəni göstərir. Ümid edirəm ki, hədəfimiz olan pley-offa düşəcəyik. Yeni oyunçumuz Tomi Lyuk komanda ilə cəmi bir məşq keçdi. Hələ tam hazır deyil, zamana ehtiyacı var. Bir-iki matç sonra komandaya uyğunlaşacaq".


"Şəki" - "Ordu" qarşılaşması meydan sahiblərinin 89:74 hesablı qələbəsi ilə bitib.