
Çempionatda növbəti turun oyunları keçirilib
- 27 Fev 2025 21:36
- 35
Qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, 13-cü turun hər üç qarşılaşması Bakıda baş tutub.
Bu gün GİN-nin Voleybol Mərkəzində ilk olaraq “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları qarşılaşıblar. Oyun “Milli Aviasiya Akademiyası”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Eyni məkanda baş tutan ikinci oyunda qalib tay-brekdə müəyyən olunub. “Gəncə” klubu “Murov Az Terminal”ı 3:2 hesabı ilə məğlub edib.
UNEC VK-nın idman zalında təşkil olunan görüşdə isə “AZERRAIL” klubu UNEC üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Yüksək Liqa
27 fevral
XIII tur
“Milli Aviasiya Akademiyası” - “Abşeron” 3:0 (25:21, 25:22, 25:23)
UNEC - “AZERRAIL” 0:3 (14:25, 18:25, 15:25)
“Murov Az Terminal” - “Gəncə” 2:3 (15:25, 25:19, 23:25, 25:16, 13:15)