Yeni Zelandiya Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən Birinci Liqanı dayandırıb.

Rekord.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə, koronavirus səbəbindən Birinci Liqanın dayandırıldığı bildirilib.

Birinci Liqada sona 8 tur qalmış lider olan və ən yaxın izləyicisi “Tim Vellinqton”u 3 xal qabaqlayan “Oklend Siti” isə çempion elan olunub.