Çempionatın favoritləri sürprizə imkan vermədilər
- 11 Noy 2023 23:53
- 344
Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turun son oyunları baş tutub.
Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutmuş günün ilk oyununda "Neftçi" region təmsilçisi "Şəki" klubunu 90:64 hesabı ilə məğlub edib.
Ən məhsuldar basketbolçular "Neftçi"də Toraje Breyk (29 xal, 2 ribaund), "Şəki"də Pol Dibal (39 xal, 13 ribaund) olub.
Günün ikinci oyununda isə çempionatın əsas favoritlərindən sayılan "Sabah" "Xırdalan" basketbolçuları ilə qarşılaşıb. Oyun birincilərin 99:87 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Sabah"da Endar Poladxanlı (21 xal, 3 ribaund), "Xırdalan"da Cakori Arçi (23 xal, 5 ribaund) olub.