Çempionatın startına bir gün qalmış yoldaşlıq oyunu keçirilib
- 13 Dek 2019 13:53
- 880
Voleybolçu qadınların ölkə çempionatının iki iştirakçısı yoldaşlıq oyununda qüvvəsini sınayıb. “Rekord.az” xəbər verir ki, Super Liqanın startına bir gün qalmış “Mübariz” və “UNEC” klubları qarşılaşıblar.
Azərbaycan Voleybol Federasiyasının İdman zalında baş tutan yoxlama görüşü “Mübariz”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, qadınlar və kişilər arasında keçiriləcək Azərbaycan çempionatı dekabrın 14-də start götürəcək.