Çempionatın startını gözləyən komandalar yoldaşlıq oyunu keçirdilər
- 15 Noy 2019 16:32
- 1067
Qadın volebolçular arasında Azərbaycan çempionatının başlanmasını gözləyən komandalar yoldaşlıq görüşü keçiriblər. “Rekord.az” xəbər verir ki, Super Liqada mübarizə aparacaq “Azərreyl” və “Abşeron” klubları hazırlıq matçında qüvvələrini sınayıblar.
Voleybol Mərkəzində baş tutan qarşılaşma son çempion “Azərreyl” in üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda “Azərreyl” 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatının tarix yaxın günlərdə start götürməsi nəzərdə tutulur.