Mançester Siti" qapıçısı Skott Karsonla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, 38 yaşlı qolkiperlə sözləşmənin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karson 2021-ci ilin yayından "Mançester Siti"də çıxış edir. O, "şəhərlilər"lə cəmi 2 oyunda iştirak edib.